UEFA Konfrans Liqasının Liqa mərhələsinin 5-ci turunun matçlarından biri bu gün Sumqayıtda keçiriləcək.
“İki sahil” xəbər verir ki, Minsk "Dinamo"su "Kopenhagen"i Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək. Görüş saat 21:45-də başlayacaq.
UEFA Ukraynadakı müharibə ilə əlaqədar Belarus klublarına ev oyunlarını doğma meydanda keçirmək qadağası qoyub. Bu səbəbdən onlar avrokubok matçlarında rəqiblərini neytral meydanda qəbul edirlər.
"Dinamo" daha əvvəl 1-ci turda Şotlandiya təmsilçisi "Harts"la oyununu da Mehdi Heseynzadə adına Sumqayıt şəhər stadionunda keçirib.
Qeyd edək ki, hazırda Liqa mərhələsinin turnir cədvəlində "Kopenhagen" 2 xalla 29-cu, xalsız olan "Dinamo" isə 35-cidir.
UEFA Konfrans Liqası, Liqa mərhələsi, 4-cü tur
28 noyabr
21:45. “Dinamo” (Minsk, Belarus) - “Kopenhagen” (Danimarka)
Baş hakim: Mixal Osenas (Slovakiya)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu