Rusiyanın Soçi şəhərində təlim-məşq toplanışında olan qadınlardan ibarət Azərbaycan milli komandası ilk yoldaşlıq görüşünü keçirib.
“İki sahil” xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Rusiya seçməsi ilə üz-üzə gəlib. FİŞT Olimpiya Stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar dekabrın 2-də “Soçi” klubunun məşq bazasında növbəti yoldaşlıq görüşündə üz-üzə gələcək.