Almaniyanın "Nürnberq" klubunun baş məşqçisi Miroslav Kloze komandasının hücumçusu Mahir Emreli barədə danışıb.
“İki sahil” xəbər verir ki, "Bild" qəzeti yazır ki, bu mövsüm aktivində 3 qolu və 1 qol ötürməsi olan Emreli bu nəticəyə görə komanda yoldaşı Tsimasdan (6 qol, 1 qol ötürməsi) geri qalsa da, meydandan kənarda əsas liderlərdən birinə çevrilir.
46 yaşlı mütəxəssis Kloze Mahirin emosionallığı haqda danışarkən bildirib: "Mahirin sərt xasiyyəti var. O, oyun zamanı ona xoş olmayan nəsə baş verərsə, bəzən əsəbiləşə bilər".