Biləsuvarda yol qəzasında xəsarət alan şəxsin kimliyi məlum olub.
Qəza nəticəsində ağır xəsarət alan Naxçıvan şəhər sakini, 1977-ci il təvəllüdlü Təhminə Ələcova Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, qadına sol mil-bilək nahiyəsinin, sol saidin aşağı nahiyəsinin travması diaqnozu təyin edilib: "Hazırda pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir".
Qeyd edək ki, Naxçıvandan Bakıya gedən avtobus Biləsuvar rayonu ərazisində betonqarışdıran "Kamaz"la toqquşub. Qəza nəticəsində yük maşınının çəni yaxındakı minik avtomobilinin üzərinə aşıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
"Report"
***
Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda qəzaya uğrayıb.
“İki sahil” xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Biləsuvar rayon ərazisində baş verib.
Naxçıvandan Bakıya gedən avtobus "Kamaz"la toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.