SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov mübadilə proqramı çərçivəsində xaricdə təhsil alacaq tələbələrlə görüşüb.
BANM-dən "İki sahil"ə bildirilib ki, 13 tələbə 2024/2025-ci tədris ilinin yaz semestrində (qrantlı və ya qrantsız əsaslarla) təhsillərini davam etdirmək imkanı qazanıb. Onlar İspaniyanın Alicante Universiteti və Qranada Universiteti, Portuqaliyanın Braqança Texniki Universiteti, Türkiyənin Sabancı Universiteti və Bahçeşehir Universiteti, eləcə də Bolqarıstanın Angel Kançev adına Ruse Universitetində təhsil alacaqlar.
Kompüter mühəndisliyi ixtisasının tələbələri üçün 1 qrantlı və 2 qrantsız, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələri üçün 4 qrantlı və 1 öz hesabına, kimya mühəndisliyi ixtisasının tələbələri üçün 2 qrantlı, habelə MBA tələbələri üçün 2 qrantlı yer ayrılıb.
Rektor tələbələrə uğurlar arzulayıb, bu təcrübənin onların peşəkar kadr kimi yetişmələrinə böyük töhfə verəcəyini deyib.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR