İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sentyabrın 17-də "Özsüt Next" MMC-ni dövlət qeydiyyatına alıb.
“İki sahil” xəbər verir ki, yeni şirkət Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, ev 185, mənzil 11/3 ünvanında qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı 1,1 milyon manat, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı Ucar Mehmet Baki olub.
Oktyabrın 3-də isə şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 42a, mənzil 194, qanuni təmsilçisi isə Renat Tofiq oğlu Əzməmmədov olub.