05 dekabr 2024 01:26
343

Böyük Britaniya zərərli qidaların reklamını qadağan edəcək

Bu da təxminən 20 min uşaqda piylənmə halının qarşısını alacaq

Böyük Britaniyada 2025-ci ilin oktyabrından axşam saat 21:00-a qədər televiziyada zərərli qidaların reklamı qadağan ediləcək. Bu, uşaqlıqda piylənmə ilə mübarizə aparmaq üçün ediləcək, Britaniya Səhiyyə Departamenti (Böyük Britaniya Səhiyyə Nazirliyi) bildirir.

Bu tədbirlər qida rasionundan ildə 7,2 milyard kalori çıxarmağa kömək edəcək ki, bu da təxminən 20 min uşaqda piylənmə halının qarşısını alacaq.

“2025-ci ilin oktyabr ayından zərərli qidaların TV-də reklamına yalnız saat 21:00-dan sonra icazə veriləcək”, - Britaniya Səhiyyə Nazirliyinin hökumətin saytında dərc olunan bəyanatında deyilir.

Reklam məhdudiyyətləri şəkər əlavə edilmiş içkilərə, səhər yeməyi üçün olan dənli bitkilərə, müxtəlif şirniyyat və qəlyanaltılara, hazır yeməklərə, eləcə də bir sıra digər məhsullara şamil ediləcək.

Bundan əlavə, internetdə zərərli qidaların pullu reklamına qadağa tətbiq ediləcək. Böyük Britaniyanın Səhiyyə Departamentinin məlumatına görə, bu, uşaqlar arasında yağ, şəkər və duzu yüksək olan qidaların istehlakını azaldacaq.

Böyük Britaniyanın səhiyyə naziri Ues Stritinqin sözlərinə görə, bu, tibb sisteminin diqqətini xəstəliklərin müalicəsindən onların qarşısının alınmasına çevirmək üçün ilk addımdır. Böyük Britaniyanın Səhiyyə Departamentinin məlumatına görə, Böyük Britaniyada dörd-beş yaş arasında demək olar ki, hər onuncu uşaq piylənmədən, beş yaşına qədər isə hər uşaq diş kariyesindən əziyyət çəkir. Bundan əlavə, piylənmə xərçəngə səbəb olan ikinci səbəbidir. Xərçəngin müalicəsi Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinə hər il 11 milyard funt sterlinqdən baha başa gəlir.

Nubar Süleymanova, “İki sahil”