05 dekabr 2024 16:57
213

“Neftçi” Cəsurbeklə maraqlanır

“Neftçi” komandası Özbəkistan millisinin futbolçusu Cəsurbek Yaxşıboyevi heyətinə qatmaq istəyir.

“İki sahil” xəbər verir ki, 27 yaşlı hücumçu “ağ-qaralar”ın transfer siyahısında yer alır.

Hazırda Qazaxıstanın "Ordabası" klubunda çıxış edən oyunçunun Bakı təmsilçisinə keçidinin qış fasiləsində rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, C.Yaxşıboyev Özbəkistan yığmasının heyətində 10 oyunda 2 qolla yadda qalıb.