05 dekabr 2024 20:43
209

Özbəkistan QHT-ləri Milli Forumuna Azərbaycan nümayəndə heyəti qonaq qismində dəvət olunub

Dekabrın 5-də Özbəkistanın “Qeyri-hökumət qeyri-kommersiya təşkilatlarının və dövlət orqanlarının insan hüquqları və maraqlarının təmin olunmasında qarşılıqlı əlaqəsi” adlı Milli Forum keçirilib.

“İki sahil” xəbər verir ki, Özbəkistanda "Vətəndaş cəmiyyəti həftəsi" çərçivəsində keçirilən Forumda Özbəkistan QHT-ləri bir sıra təqdimatlarla çıxış ediblər.

Milli Forumda Daşkənddə səfərdə olan Azərbaycan nümayəndə heyəti də qonaq qismində iştirak edib.

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasına rəmzi olaraq tarixi Qarabağ xalçasının ornamentləri ilə işlənilmiş saat hədiyyə olunub.