Azərbaycan bu il iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə daha bir uğura imza ataraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) tədbirinə yüksək səviyyədə ev sahibliyi etdi. Bu tədbir Azərbaycanın ekoloji problemlərin həllində və bərpaolunan enerji mənbələrinə keçid sahəsindəki liderliyini bir daha nümayiş etdirdi. İqlim dəyişikliyinə qarşı mübarizədə əsas vasitələrdən biri elm və innovasiyadır.
“İki sahil” xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva “Dayanıqlı ətraf mühit: yaşıl enerjiyə keçid” mövzusunda beynəlxalq elmi konfransda deyib. O bildirib ki, karbon emissiyalarının azaldılması və ekoloji problemlərin həllində yalnız yeni və kreativ tədqiqat yanaşmaları ilə uğur qazanmaq mümkündür: “Azərbaycan bu istiqamətdə təhsil və elmi tədqiqatların dəstəklənməsinə xüsusi önəm verir. Məsələn, Bakı Ali Neft Məktəbinin İnnovasiya və Tədqiqat Mərkəzi bu mövzuda yeni yanaşmaların inkişafına ciddi töhfə verir. Eyni zamanda, Şuşa şəhərində həyata keçirilən ekoloji layihələr və digər regional tədbirlər bu sahədə mühüm addımlardandır”.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR