06 dekabr 2024 14:52
189

Bir ölkənin təhlükəsizliyini digər ölkənin təhlükəsizliyi hesabına təmin etmək mümkün deyil - Peskov

Ukraynadan fərqli olaraq Rusiya və Belarus hamı üçün bərabər təhlükəsizliyin tərəfdarıdır.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Təhlükəsizliyin bölünməzliyi kimi bir şey var. Bir ölkənin təhlükəsizliyini digər ölkənin təhlükəsizliyi hesabına təmin etmək mümkün deyil”, – deyə, Peskov bildirib.

Onun sözlərinə görə, Kiyev hakimiyyəti sonuncunu tələb edir, Moskva və Minsk isə hamı üçün bərabər təhlükəsizliyin tərəfdarıdır.

Bundan əvvəl Rusiya lideri Vladimir Putin Rusiya və Belarus arasında İttifaq dövləti çərçivəsində təhlükəsizlik zəmanətləri haqqında saziş layihəsini təsdiqləyib.