Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər sakinləri ilə növbəti səyyar qəbulunu keçirib. Bu dəfə qəbul şəhərin 29-cu məhəlləsində keçirilib.
“İki sahil” xəbər verir ki, qəbulda şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak edib.
Zakir Fərəcov hər bir müraciəti diqqətlə dinləyib, qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.
Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən səyyar qəbullar hər həftə davam etdirilir.