06 dekabr 2024 16:45
184

Elm və təhsil naziri Balakəndə vətəndaşları qəbul edib

Dekabrın 6-da elm və təhsil naziri Emin Əmrullayev Balakən şəhərində vətəndaş qəbulu keçirib.

Bu barədə "İki sahil"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbulda Balakən, Zaqatala, Qax, Qəbələ, Şəki və Oğuz sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Qəbul zamanı vətəndaşlar işlə təmin olunma, təhsil müəssisələrinin təmir-tikintisi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.