Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgülə ağır itki üz verib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, müğənninin anası Faike Bazencir bu gün 99 yaşında vəfat edib.
Qeyd edək ki, müğənni hər zaman anasına düşkün olması ilə diqqət çəkib. Hətta 1998-ci ildə “Yıkılmadım” mahnısına çəkdirdiyi klipdə anası ilə birgə kamera qarşısına keçmişdi.