Anqolanın gənclər və idman nazirinin müavini Paulo Rodriqes da Silva və İnfrastruktur departamentinin müdiri Elizabet Kailo SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olublar.
BANM-dən "İki sahil"ə bildirilib ki, görüşdə rektor Elmar Qasımov təhsil müəssisəsinin güclü maddi-texniki bazasını və beynəlxalq əlaqələrini vurğulayıb. Rektor ali məktəbdə Konqo, Nigeriya, Sudan və digər Afrika ölkələrindən tələbələrin təhsil aldığını vurğulayıb.
Görüşdə gələcəkdə Anqoladan da tələbələrin təhsil almasının mümkünlüyü müzakirə edilib. Həmçinin Anqolada BANM məzunlarının çalışdıqları diqqətə çatdırılıb.
Paulo Rodriqes da Silva isə çıxışında Azərbaycan ilə təhsil sahəsindəki əməkdaşlığın inkişafını yüksək qiymətləndirərək bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə ümid etdiyini bildirib.
Sonda kampusu gəzən qonaqlar yüksək texnoloji laboratoriyalar, tam təchiz edilmiş müasir auditoriyalar və idman kompleksi ilə tanış olublar.
SOCAR "TotalEnergies" ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək
SOCAR İtaliya Futbol Federasiyası ilə Strateji Əməkdaşlığa dair Müqavilə imzalayıb
SOCAR İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif şirkətlərlə sənədlər imzalayıb
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
“Azəriqaz” İB-nin baş direktoru Xankəndidə vətəndaşların müraciətlərini dinləyib
SOCAR ABŞ bankı ilə maliyyə tərəfdaşlığının genişləndirilməsini müzakirə edib