Suriyada qalan 900 amerikalı əsgərin təhlükəsizliyini təmin etmək üçün onlar dərhal geri çəkilməlidir.
“İki sahil" xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Davis X-də yazıb.
“Biz onların təhlükəsizliyi üçün 900 əsgərimizin hamısını Suriyadan çıxarmalıyıq” – deyə, Daniel Davis qeyd edib.
İstefada olan zabitin sözlərinə görə, ABŞ-ın regionda təhlükəsizliyini yalnız qoşunların yeridilməsindən sonra gücləndirmək olar. Bundan əvvəl Amerikanın seçilmiş prezidenti Donald Tramp bildirib ki, ABŞ Suriyadakı vəziyyətə qarışmamalıdır.
                                
                                    
                                    
                                
                                
                                
                                    Çinin XPeng Aridge şirkəti “Land Aircraft Carrier”in sınaq istehsalına başlayıb