11 dekabr 2024 12:43
179

Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 43%-ə yaxın artıb

2024-cü ilin 9 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 42.7% artaraq 2.8 milyard ABŞ dolları təşkil edib.

"İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat dövründə turizm xidmətləri üzrə ixracın (1.6 milyard ABŞ dolları) idxalı (1.2 milyard ABŞ dolları) üstələməsi nəticəsində 400 milyon ABŞ dolları həcmində profisit yaranıb.

Məlumata görə, bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 18.9%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 29.1% artıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 1.2 milyard ABŞ dolları olub. Bunun 78.4%- Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (makik idxal üçün vəsaitlər istisna olmaqla).

Hesabat dövründə qeyri neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 11.4% azalaraq 25 milyon ABŞ dolları təşkil edib. Qeyri neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 57.3% artaraq 1.4 milyard ABŞ dolları olub.