Bakıda çimərlik voleybolu üzrə “Qış kuboku” keçiriləcək.
“İki sahil” xəbər verir ki, yarış dekabrın 22-də Azərbaycan Voleybol Federasiyasının idman zalında qarışıq cütlər arasında təşkil olunacaq.
Reqlamentə əsasən, komandalar bir qadın və bir kişi voleybolçudan ibarət olmalıdır.
Qeyd edək ki, çimərlik voleybolu qaydaları üzrə keçiriləcək yarışda iştirak üçün 16 yaşdan yuxarı qız və oğlanlar müraciət ünvanlaya bilərlər.
Hidayət Heydərov İslamiadanın ikiqat qalibi olub, daha 3 cüdoçumuz medal qazanıb
Azərbaycan Həndbol Federasiyasının rəsmisi Türkiyə klubunun oyununa təyinat alıb