Bu ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 195 ölkəsindən 2 milyon 412 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,4 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, gələnlərin 28,2 %-i Rusiya Federasiyası, 16,1 %-i Türkiyə, 8,9 %-i Hindistan, 8 %-i İran, 4,1 %-i Gürcüstan, 3,9 %-i Səudiyyə Ərəbistanı, 3,3 %-i Qazaxıstan, 3 %-i Pakistan, 1,8 %-i Çin, 1,7 %-i Özbəkistan, 1,6 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,4 %-i Ukrayna, hər birindən 1,2 % olmaqla Türkmənistan və Küveyt, 1,1 %-i İsrail, hər birindən 1 % olmaqla Oman, Belarus və Böyük Britaniya, 11,5 %-i digər ölkələrin vətəndaşları olub.
Gələnlərin 67 %-ini kişilər, 33 %-ini qadınlar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,2 dəfə, İspaniyadan - 2 dəfə, Cənubi Koreyadan - 2 dəfə, Çindən - 1,9 dəfə, Filippindən - 1,6 dəfə, Qırğızıstandan - 1,5 dəfə, Qazaxıstandan - 49,8 %, Pakistandan - 48,5 %, Omandan – 45 %, İordaniyadan - 41,6 %, Polşadan - 37,9 %, İtaliyadan – 37 %, ABŞ-dan - 35,2 %, İrandan - 30,4 %, Niderlanddan - 28,5 %, Türkmənistandan - 28,1 %, Almaniyadan – 28 %, Yəməndən - 27,7 %, Fransadan - 24,5 %, Səudiyyə Ərəbistanından - 22,7 %, Tacikistandan - 21,8 %, Misirdən - 20,8 %, Böyük Britaniyadan - 20,3 %, Rusiya Federasiyasından - 17,7 %, Özbəkistandan - 16,2 %, Ukraynadan - 15,9 %, Türkiyədən - 13,9 %, Moldovadan - 11,3 % artıb.
2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 37,3 % artaraq 106 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 25,3 % artaraq 391,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 19,4 % artaraq 905,8 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,9 %-i hava, 22,9 %-i dəmir yolu və avtomobil, 1,2 %-i isə dəniz nəqliyyatından istifadə edib.
Media və Yayım Şurası xəbərdə vizual materiallarla bağlı media subyektlərinə çağırış edib
FHN Sumqayıtda əlilliyi olan şəxslərə xidmət göstərənlər üçün maarifləndirmə tədbiri keçirib
“Uşaq Hüquqları Aylığı” çərçivəsində Sumqayıt Musiqi Kollecində maarifləndirmə tədbiri keçirilib