2025-ci ildə UEFA Superkuboku uğrunda keçiriləcək oyunun yeri məlum olub.
“İki sahil” Avropa futbol qurumunun rəsmi saytına istinadla xəbər verir ki, qarşılaşma İtaliyanın Udine şəhərində təşkil olunacaq.
Avqustun 13-də oynanılacaq matçı “Udineze” klubunun ev oyunlarını keçirdiyi “Friuli” stadionu qəbul edəcək.
Qeyd edək ki, UEFA Superkuboku uğrunda görüş Çempionlar Liqası və Avropa Liqasının qalibi olan komandalar arasında keçirilir.
Respublika Olimpiya İdman Liseyinin əsaslı təmirdən sonra yenilənmiş cüdo zalının açılışı olub
Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı