Futbol üzrə Qitələrarası kubokun qalibi bəlli olub.
“İki sahil” xəbər verir ki, həlledici oyunda İspaniyanın “Real Madrid” və Meksikanın “Paçuka” komandaları üz-üz gəlib. Qətərin paytaxtı Doha şəhərində keçirilən matç Madrid təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Kilian Mbappe, Rodriqo və Vinisius Junior vurublar. Görüşü Venesueladan olan baş hakim Xesus Valensuela idarə edib.
Respublika Olimpiya İdman Liseyinin əsaslı təmirdən sonra yenilənmiş cüdo zalının açılışı olub
Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı