Azərbaycan millisinin FIFA reytinqində mövqeyi dəyişməyib.
“İki sahil” xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Dekabr ayının reytinqinə əsasən, yığma 1158,7 xalla 117-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, siyahıya dünya çempionu Argentina (1867,25) başçılıq edir. Fransa (1859,78) ikinci, İspaniya (1853,27) üçüncüdür.
Respublika Olimpiya İdman Liseyinin əsaslı təmirdən sonra yenilənmiş cüdo zalının açılışı olub
Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı