Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibə verib.
Prezident müsahibədə bildirib ki, Azərbaycan və Türkiyə hərbi əməkdaşlığının 30 illik tarixi var. Türkiyənin hərbi qurumları Azərbaycan Ordusunun müasirləşdirilməsində və onun yüksək standartlara çatdırılmasında böyük rol oynayıblar.
Türkiyə-Azərbaycan qardaşlığı son illərdə daha da güclənir, dünyaya nümunə göstərilir, beynəlxalq səviyyədə özünü doğruldur. XXI yüzilliyin türk əsri olacağını təsdiqləyən amillər çox olsa da, bu həqiqət İkinci Qarabağ müharibəsində bir daha təsdiqləndi. Tarixi, milli adət-ənənələri oxşar, daim biri-birinin yanında olan hər iki xalq birliyi ilə bütün çətinliklərə qalib gəldi. Vətən müharibəsindən sonra Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi bu həmrəyliyin bütün istiqamətlər üzrə daha da güclənməsinə bələdçilik etdi.
Türkiyə-Azərbaycan Media Platformasının yaradılması, «TurAz-Qartalı», «Sarsılmaz Qardaşlıq» kimi hərbi təlimlərdə, Bakıda və Türkiyədə keçirilən «TEKNOVEST» festifallarında hər iki qardaş ölkə təmsilçilərinin birgə iştirakları güclənən əməkdaşlığın nümunəsidir.
Eyni zamanda Prezident qeyd etdi ki, Azərbaycan ilə Rusiya arasındakı Bəyannamədən bir il əvvəl Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik haqqında Bəyannamədə təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Yəni, bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir. Buna görə də, Bəyannamənin həmin bəndi mahiyyət etibarilə bu və ya digər ərazidə hər hansı daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir. Bir daha informasiya müdaxiləsinə qayıdaraq demək istərdim ki, bu gün dünyanın heç bir yerində heç bir hərbi bazanı gizlətmək, demək olar ki, mümkün deyil. Ona görə də bu informasiya müdaxilələri, sadəcə, siyasi möhtəkirlik xarakteri daşıyır. Türkiyə ilə biz hər il 10-dan çox birgə təlim keçiririk - yarısı Azərbaycanda, yarısı Türkiyədə və mahiyyətcə hərbi əməliyyatların yüksək dərəcədə keçirilməsinə nail olmuşuq. Təbii ki, bu, Qafqazda sabitliyin mühüm amilidir.
Cahan Bayramlı,
YAP Xətai rayon təşkilatının könüllüsü
“Gender ekspertizası” mexanizminin hüquqi əsaslarının dəqiqləşdirilməsi vacibdir