Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın «RİA Novosti» Agentliyi üçün «Rossiya Seqodnya» Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova verdiyi müsahibə regional və beynəlxalq münasibətlərdə ölkəmizin haqlı mövqeləri və haqlı tələbləri səssləndirilmişdir.
Xüsusilə, Dmitri Kiselyovun «Qarabağda nə qədərsə erməni qalıbmı? İndi orada vəziyyət necədir?»sualı Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsinin davamı kimi Azərbaycanın ədalətli müharibəsinin nəticələri haqqında sorğu olsa da mahiyyəti İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda ermənilərə münasibət haqqında məlumat almaq idi. Prezident İlham Əliyev bu sualı məntiqi dəlillərlə və beynəlxalq hüququn prinisiplərinə uyğun, həm də sərrast şəkildə cavablandırdı: «Təqribən iki ay əvvəl son informasiya ondan ibarət idi ki, orada erməni millətindən olan 20-yə yaxın sakin yaşayır. Hələ 2023-cü ilin sentyabrında, biz birgünlük antiterror əməliyyatı keçirənə qədər Qarabağ ermənilərinin Azərbaycan dövlətinə reinteqrasiyası planını rəsmi olaraq dərc etdik. Bu, açıq şəkildə edildi. Bu, internetdə elan olundu. Çünki erməni ictimaiyyətinin nümayəndələri ilə təmas qurmaq üzrə çoxsaylı cəhdlərimiz uğurla nəticələnmədi. Onlar bizə məhəl qoymur, bizimlə görüşmək, bizimlə danışmaq istəmirdilər. Belə olan təqdirdə orada yaşayanların, necə deyərlər, diqqətinə çatdırmaq üçün biz bunu internetdə yaydıq”. Dövlət başçımız bu gerçəkliklərlə bir sırada onu da qeyd etdi ki, “...təqribən 30-dan çox insan, bir hissəsi sonra çıxıb getdi, - əvvəlki kimi Azərbaycandan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sosial yardım alırlar, onların müalicəsi, ərzaqla təminatı qarşılanıb, orada həyat tam təmin edilib.»
Müsahibədə qonşu Gürcüstanda baş verən siyasi hadisələrə dair sualları da dəyərləndirən ölkə başçımız dedi: «Görürəm ki, Gürcüstanda vəziyyət sabitləşir. Biz buna şadıq. Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. Uzun əsrlərdir ki, xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayır. Ona görə də Gürcüstanda sabitliyin pozulması və ya sabitliyin pozulması təhlükəsi Gürcüstan üçün olduğu kimi, Azərbaycan üçün də zərərlidir. Bu səbəbdən biz öz tərəfimizdən çalışırıq və bütün addımları atırıq ki, Gürcüstanda vəziyyət siyasi məcrada sabit olsun, Gürcüstan uğurla inkişaf etsin...».
Tarixi gerçəkliklər təsdiqləyir ki, İkinci Qarabağ müharibəsindən sonra Fransa Ermənistanın hərbi gücünün artırılması üçün onu ciddi şəkildə silahlandırıb. Rusiyalı jurnalistin Fransa ilə bağlı sualını da cavablandıran Prezidnt İlham Əliyev bildirib ki, Bizim Fransa ilə heç vaxt problemimiz olmayıb: « Hətta deyərdim ki, Fransa ilə hər hansı bir Avropa ölkəsindən daha çox əməkdaşlıq edirdik. Bu, Fransada Makronun hakimiyyətə gəlişinə qədər idi…» Bu cavabdan da görünür ki, Fransa Prezidenti Emmanuel Makronun ermənipətliyi onun əsl həqiqətləri görməsinə çox ciddi maneəçilik yaradır.
Sözügedən müsahibədə Azərbaycan- Rusiya münasibətlərinə və rus dilinə dair sualları cavablandıran Prezident İlham Əliyev deyib ki, possovet məkanında olduğu kimi, Azərbaycanda indi də rus dilinə münasibət ikiləşməyib: « Biz hər vəchlə çalışırıq ki, insanların rus dilini daha yaxşı bilmələri, ona mükəmməl yiyələnmələri üçün əlavə şərait yaradaq. Bizdə tədris rus dilində olan 320-dən artıq məktəb var. Bütövlükdə şagirdlərimizin bir milyona yaxını rus dilində təhsil alır və ya onu ikinci dil kimi öyrənir. Səkkiz yüz min nəfər rus dilini ikinci dil kimi öyrənir. İki universitet – MDU və Seçenov Akademiyası fəaliyyət göstərir....»
Bir sözlə, Prezident İlham Əliyevin bu müsahibədə səsləndirdiyi dəyərli fikirləri və hadisələrə obyektiv yanaşmaları hazırda dünyanın siyasi gündəmində geniş müzakirə olunur. Xüsusilə ölkəmizin qüdrəti və beynəlxalq aləmdəki mövqeyi aydın şəkildə ifadə olunur.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri
“Gender ekspertizası” mexanizminin hüquqi əsaslarının dəqiqləşdirilməsi vacibdir