Gerçəklik budur ki, ayrı- ayrı Qərb ölkələrində məskunlaşaraq Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparan, virtual aləmin cəzasıqlıq mühitindən istifadə edən əxlaqsız, mənəviyyatsız “söyüş müxalifəti”nin nümayəndələrini anti-Azərbaycan dairələrin əlində məkrli bir vasitə, beynəlxalq virtual cinayətkar şəbəkənin üzvləri də adlandırmaq olar
Ayrı-ayrı Qərb ölkələrində “siyasi mühacir” adı ilə sığınacaq taparaq sosial şəbəkələrdə ölkəmizin əleyhinə qara piar kampaniyası aparan xəyanətkar dəstənin anti-Azərbaycan dairələrin və erməni lobbisinin qrantları hesabına fəaliyyət göstərməsinə dair yeni faktlar üzə çıxmaqdadır. Dağıdıcı müxalifət partiyalarının saxta sənədləri ilə Qərbin müxtəlif ölkələrində məskunlaşan Tural Sadıqlı, Məhəmməd Mirzəli, Orduxan Teymurxan, Qənimət Zahid, Qərbdəki təhlükəsizlik orqanlarından birinin əməkdaşı ilə gizli eşq həyatı yaşayan Sevinc Osmanqızı kimilər ermənipərəst dairələrdən maliyyələşən bəzi beynəlxalq təşkilatların ayırdıqları qrantlar hesabına inrenet TV-lər yaradaraq gecə-gündüz ölkəmizin əleyhinə qarayaxma kampaniyası apararaq respublikamızın beynəlxalq imicinə ləkə yaxmaq, ölkə daxilində sabitliyi pozmaq, feyk xəbər və məlumatlarla ictimaiyyəti çaşdırmaq üçün dəridən-qabıqdan çıxmaları artıq heç bir nəticə vermir.
Azərbaycandakı sabitliyin, təhlükəsizliyin, inkişafın getdikcə güclənməsindən vahiməyə düşən bəzi düşmən qüvvələrin köləsinə çevrilmiş “siyasi mühacirlər” naxırının Azərbaycan əleyhdarı olan dairələrdən qrant alması çoxdan ictimaiyyətimizə bəlli idi. Hamımız yaxşı bilirik ki, sığındıqları ölkələrdə tula payı olan sosial yardımlarla keçinən, işsiz-gücsüz avaralanan, necə deyərlər, ciblərində sıçanlar oynayan bu satqınların öz hesablarına internet TV-lər yaratmaları, bir ayda bir neçə dəfə bu ölkədən-o ölkəyə səfərlər etmələri qeyri-mümkündür. Bütün bunlar sübut edir ki, bu xəyanətkarları öz məqsədləri üçün maliyyələşdirən, çirkli pullarla şirnikləşdirib yemləyən dairələr var. O dairələr isə bəllidir: bəzi xüsusi xidmət orqanları və erməni lobbisi.
Xəyanətkar siyasi mühacirlər sürüsünün erməni lobbisi ilə sıx işbirliyində olmasının digər bir əyani sübutu isə satılmışlığı, mənəviyyatsızlığı, simasızlığı ilə tanınan, virtual məkandakı çıxışları ilə cəmiyyətimizin nifrətini qazanan, ikrahdoğurucu “söyüş müxalifəti”nin öndə gələnlərindən olan Qabil Məmmədov, Tural Sadıqlı, Məhəmməd Mirzəli kimi parazitlərin adı ilə bağlıdır.
Erməni lobbisinin və Qərbdəki bəzi anti-Azərbaycan qüvvələrin maşasına çevrilən bu yaramaz ünsürlərin siması, daha doğrusu simasızlığı artıq hamıya bəllidir. Azərbaycan əleyhdarı olan dairələrin maliyyə yardımı ilə internet TV-lər yaradıb sosial şəbəkələrdə meydan sulayan, Azərbaycan dövlətini, dövlətçiliyini, ayrı-ayrı ləyaqətli və vətənpərvər insanları hədəfə alanların əsl himayədarlarından biri də ölkə daxilindəki dağıdıcı müxalifətdir. Ortada çox ciddi faktlar var, necə deyərlər, artıq xoruzun quyruğu çoxdan görünür. Cəmiyyətin dəstəyindən məhrum olaraq marginallaşan, iddiaları ilə ambisiyaları tərs mütənasib olan dağıdıcı müxalifətin siyasi mühacir adı ilə fəaliyyət göstərən anarxistlərə dəstək verməsi artıq bir reallıqdır və hər addımda özünü büruzə verir.
Gerçəklik budur ki, ayrı-ayrı Qərb ölkələrində məskunlaşaraq ölkəmizin əleyhinə qarayaxma kampaniyası aparan, virtual aləmin səzasızqlıq mühitindən istifadə edən əxlaqsız, mənəviyyatsız “söyüş müxalifəti”nin nümayəndələrini anti-Azərbaycan dairələrin əlində bir vasitə, beynəlxalq virtual cinayətkar şəbəkənin üzvləri də adlandırmaq olar. Bunu onların həm əvvəllər ölkə daxilindəki, həm də müxtəlif saxta yollarla Azərbaycandan getdikdən sonra xaricdə göstərdikləri fəaliyyət sübut edir.
Ən əsası odur ki, zor tətbiqini eyhamlaşdıran, xəstə psixakanın məhsulu olan “söyüş müxalifətinin bir sıra üzvlərinin sığındıqları ölkələrdən deportasiya olunmaları, eləcə də mövcud qanunvericilik əsasında ölkəmizə təhvil verilmələri onları himayə edən anti-Azərbaycan dairələrə tərs sillə efektidir. Heç kim yaddan çıxarmamalıdır ki, şər daşıyıcısı, söz üfunəti, hədyə-hərzan dolu söyüş hələ heç kimə baş ucalığı gətirməyib.
Tanınmış tənqidçi və yazıçı Aydın Talıbzadənin mövzu ilə bağlı yazdıqları xüsüsilə diqqət çəkir: “Eksperiment aparılıb: torpağa iki cərgə buğda əkilib. Birinci cərgə söyüş söyülmüş su ilə suvarılıb; ikinci cərgə isə dua oxunmuş su ilə. “Söyüşlü su” cərgəsində məhsuldarlıq 49 faiz olub, “dualı su” cərgəsində -86 faiz. Buradan da həməncə aydınlaşır ki, söyüş nifrindir, acıdır və onun yaşatmaq qüvvəsi yoxdur… İnsan söyüş söyəndə hər şeydən öncə öz aurasını çirkləndirir, ünsiyyətsizliyin təməlini qoyur, ətrafın düzənini pozur, cəmiyyətdə qorxutmaq nümunəsi yaradır, kainata neqativ enerji göndərir. Bu enerji isə əvvəl-axır bizim özümüzə qayıdacaq”.
Ermənipərəst dairələrin əlində alət olan mənəviyyatsız “söyüş müxalifəti”nə bir daha xatırlatmaq istərdik ki, nə qədər ki, gec deyil bu mənhus yoldan dönün. Çünki deyildiyi kimi, “İnsan söyüş söyəndə hər şeydən öncə öz aurasını çirkləndirir, ünsiyyətsizliyin təməlini qoyur, ətrafın düzənini pozur, cəmiyyətdə qorxutmaq nümunəsi yaradır, kainata neqativ enerji göndərir. Bu enerji isə əvvəl-axır bizim özümüzə qayıdacaq”. Bir az da dəqiq desək, sizin özünüzə qayıdacaq.
Nəhayət, sonda demək istərdik ki, özünü azərbaycanlı adlandırıb Azərbaycan əleyhinə total “qara piar”, şər, böhtan kampaniyası aparan, xarici güclərin əlində dövlətimizə və dövlətçiliyimizə qarşı proksi vasitəyə çevrilən bu antimilli ünsürlər tarixin və xalqın yaddaşında əbədi olaraq satqın, cinayətkar və xəyanətkar kimi qalacaqlar…
Zahid Rza, “İki sahil”
“Gender ekspertizası” mexanizminin hüquqi əsaslarının dəqiqləşdirilməsi vacibdir