Birləşmiş Millətlər Təşkilatının Atəşkəs Müşahidə Qüvvələrinin (UNDOF) Qolan Təpələrindəki mandatı 30 iyun 2025-ci ilə qədər uzadılıb.
“İki sahil” xəbər verir ki, UNDOF-un mandatı ilə bağlı ABŞ və Rusiyanın təqdim etdiyi qətnamə layihəsi 15 üzvdən ibarət Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) yekdilliklə qəbul edilib.
Qərarda UNDOF-un neytral qurum olaraq qaldığı vurğulanıb və bu sahədə BMT sülhməramlılarına təhlükə yaradan bütün fəaliyyətlərin dayandırılmasının vacibliyinə diqqət çəkilib.
Qərarda BMT əməkdaşlarının öz vəzifələrini təhlükəsiz şəkildə yerinə yetirmələrinə icazə verilməli olduğu və UNDOF-un mandatının 30 iyun 2025-ci ilə qədər uzadıldığı bildirilib.
Qətnamə UNDOF-dan başqa bütün qrupları UNDOF mövqelərini tərk etməyə və sülhməramlılara məxsus avtomobilləri, silahları və digər texnikaları geri qaytarmağa çağırıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”