Macarıstan iqtidarı 2024-cü ildən sonra Rusiya qazının Ukrayna ərazisindən tədarük imkanlarının saxlanması üçün Moskva və Kiyevlə əlaqədədir.
“İki sahil” “İnterfaks”a istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.
“Biz qazın Rusiya – Ukrayna sərhədini keçən kimi Rusiya qazı hesab edilməyəcəyi və alıcının mülkiyyətinə çevriləcəyi variant üzərində işləməyə çalışırıq”, – o qeyd edib.
Orban əlavə edib ki, hələlik bu təşəbbüsün tərəfləri Rusiyadan qaz tranzitini saxlamağa inandıracağını bilmir.
O həmçinin vurğulayıb ki, Macarıstan indi Rusiya qazını Ukrayna vasitəsilə deyil, “Türk axını” qaz kəməri ilə alır. Eyni zamanda, o, Ukrayna ərazisindən tədarük imkanlarının saxlanmasını da vacib hesab edir.