Türkiyənin daxili işlər naziri Əli Yerlikaya son bir həftədə 19 vilayətdə PKK/KCK terror təşkilatına qarşı keçirilən əməliyyatlarda 40 şübhəlinin tutulduğunu açıqlayıb.
“İki sahil” xəbər verir ki, nazir, sosial media hesabından bildirib ki, Respublika Baş Prokurorluğu və Jandarma Baş Komandanlığının Terrorla Mübarizə İdarəsinin koordinasiyasında; Vilayət Jandarma Komandirləri tərəfindən Adıyaman, Ağrı, Antalya, Ardahan, Aydın, Burdur, Diyarbakır, Hatay, Kahramanmaraş, Kars, Kilis, Manisa, Mersin, Muğla, Siirt, Şanlıurfa, Şırnak, Tekirdağ ve Vanda PKK/KCK terror təşkilatını hədəf alan “Gürz-30” əməliyyatları keçirilib.
Əməliyyatlarda 40 şübhəlinin tutulduğunu bildirən Yerlikaya, əlavə edib: "Millətimizin sülhü, birliyi və həmrəyliyi üçün son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmizi qətiyyətlə davam etdiririk".
Məhərrəm Ağalaroğlu, “İki sahil”