Ukraynalı futbol hakimi Andriy Şepotyev 30 yaşında həyatını itirib.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyası məlumat yayıb.
Referi ölkəsinin Rusiya ilə müharibəsində həlak olub.
Şepotyev uşaq və yeniyetmələrin futbol matçlarında və həvəskar liqaların görüşlərində çalışıb. O, Ukrayna Milli Hakimlər Məktəbinin tələbəsi olub (2020) və yerli “Arsenal”ın məşqçisi kimi çalışıb.
Rusiya tərəfindən am miqyaslı işğal prosesi başlandıqdan sonra Andriy orduya qoşulub. Hakim Xarkov vilayətində döyüş tapşırığını yerinə yetirərkən dünyasını dəyişib.