Bu gün 50 il sonra badminton üzrə Azərbaycan çempionatının yenidən Xankəndidə keçirilməsindən çox böyük qürur hissi keçirirəm.
“İki sahil” xəbər verir ki, bunu Xankəndidə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsidə Azərbaycan Badminton Federasiyasının rəhbəri Taleh Ziyadov deyib.
“Xankəndidə keçirilən yarış federasiyanın regionlarla iş sahəsində əhəmiyyətli layihədir. Bakıda badminton kifayət qədər inkişaf edib. Regionlarda da Lənkəran, Zaqatala, Quba, Gəncədə bu istiqamətdə inkişaf var. Növbəti beş ildə Qarabağ regionu, xüsusilə azad edilmiş ərazilərə qayıdan ailələrlə yaxından işləyəcəyik. Məktəblərdə badminton kursları təşkil olunacaq. Badminton üzrə çempionatları işğaldan azad edilmiş digər regionlarda da keçirmək istəyirik” – deyə, Taleh Ziyadov bildirib.