Azərbaycan Basketbol Liqasında VIII tura yekun vurulub.
“İki sahil” xəbər verir ki, sonuncu matçda "Sumqayıt" doğma meydanda "Şəki"ni qəbul edib.
Qarşılaşma qonaqların qələbəsi ilə bitib - 89:66.
B qrupunda xallarının sayını 14-ə çatdıran "Şəki" lider "Gəncə"yə çatıb. "Gənclik şəhəri" təmsilçisi 10 xalla sonuncu-altıncı sıradadır.
Günün ilk görüşündə "Ordu" "Gəncə"ni məğlub edib - 79:77.
Qeyd edək ki, VIII turun əvvəlki oyunlarında "Neftçi" NTD-ni (81:68), "Sərhədçi" "Naxçıvan"ı (86:65), "Sabah" "Abşeron"u (94:71), "Quba" isə "Lənkəran"ı (89:60) məğlub edib.