Dortmund "Borussiya"sının qapıçısı Qreqor Kobel İngiltərə Premyer Liqasına transfer ola bilər.
“İki sahil”in Almaniyanın "Bild" nəşrinə istinadən verdiyi məlumata görə, "Çelsi" 27 yaşlı isveçrəli qolkiperi heyətinə qatmaq niyyətindədir və yanvar ayında rəsmi təklif göndərməyi planlaşdırır. "Borussiya" isə qapıçı üçün 70 milyon avro məbləğində təzminat tələb edir.
Xatırladaq ki, Qreqor Kobel 2021-ci ilin yayında "Ştutqart"dan "Borussiya"ya transfer olunub. İsveçrə millisinin üzvü cari mövsümdə Dortmund klubunun heyətində 19 rəsmi matça çıxıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Respublika Olimpiya İdman Liseyinin əsaslı təmirdən sonra yenilənmiş cüdo zalının açılışı olub
Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı