Misli Premyer Liqasının 2024/2025 mövsümünün ilk yarısında keçirilmiş 90 oyunda 144 min 355 tamaşaçı qeydə alınıb.
"İki sahil" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, orta göstərici 1604-ə bərabər olub.
İlk 18 turun rekordu X turun “Neftçi” – “Qarabağ” matçında gerçəkləşib. “Neftçi Arena”ya 7069 seyrçi toplaşıb. Antirekord isə XI turun “Araz-Naxçıvan” – “Zirə” görüşünə məxsusdur – 80 tamaşaçı.
Klubların ev oyunlarındakı orta göstəricidə “Turan Tovuz” böyük üstünlüyə malikdir. “Neftçi” ikinci, “Sumqayıt” üçüncüdür. Bu üç komanda ümumi orta göstəricidən yüksək nəticəyə sahibdir.
Respublika Olimpiya İdman Liseyinin əsaslı təmirdən sonra yenilənmiş cüdo zalının açılışı olub
Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı