Türkiyənin 1-ci liqasında mübarizə aparan "Kocaelispor"un yeni baş məşqçisi müəyyənləşib.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komanda İsmet Taşdemirə tapşırılıb.
50 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. O, bu vəzifədə Ertuğrul Sağlamı əvəzləyib.
Qeyd edək ki, "Kocaelispor" 17 turdan sonra 1-ci liqanın lideridir. Komandanın aktivində 35 xal var.
Respublika Olimpiya İdman Liseyinin əsaslı təmirdən sonra yenilənmiş cüdo zalının açılışı olub
Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı