26 dekabr 2024 15:33
107

"Liverpul"da Salahla bağlı vəziyyət dəyişdi

"Liverpul" hücumçusu Məhəmməd Salahla yeni müqavilə imzalamağa hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.

Misirli futbolçu ilə yeni sözləşmə 2027-ci ilin yayına qədər qüvvədə olacaq. Müqaviləyə 12 ay müddətinə uzadılma variantı da daxil ediləcək. 

Daha öncə Salah açıqlamasında bildirmişdi ki, "Liverpul" ona yeni müqavilə imzalamaq barədə heç nə deməyib və böyük ehtimalla o, müqaviıəsi başa çatanda - 2025-ci ilin iyununda klubu tərk edəcək.