Türkiyənin “Beşiktaş” komandası üç futbolçusu ilə yollarını ayıracaq.
“İki sahil” xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçilər Jan Onana, Aleks Oksleyd-Çemberleyn və müdafiəçi Artur Masuaku ilə vidalaşacaq.
A.Masuaku Yunanıstan klublarından birinə keçməyə yaxındır. J.Onananın məqsədi keçmiş komandası olan Fransa təmsilçisi “Lans”a qayıtmaqdır. Aleks Oksleyd–Çemberleyn isə İngiltərə və Şotlandiyadan təkliflər gözləyir.
Respublika Olimpiya İdman Liseyinin əsaslı təmirdən sonra yenilənmiş cüdo zalının açılışı olub
Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı