Premyer Liqanın oyunlarına təyinat alan baş hakimlər və köməkçi hakimlər üçün yanvarın 6-dan 12-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı təşkil olunacaq.
“İki sahil” xəbər verir ki, toplanışa AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker rəhbərlik edəcək.
Təlim müddətində hakimlərə UEFA-nın mütəxəssisləri - köməkçi hakimlər üzrə Leif Lindberg, VAR üzrə Christof Dierick, fiziki hazırlıq üzrə Prof. Dr. Werner Helsen və UEFA konvensiyası koordinatoru Leonid Kaloshin tərəfindən nəzəri və praktiki seminarlar təqdim ediləcək.
Respublika Olimpiya İdman Liseyinin əsaslı təmirdən sonra yenilənmiş cüdo zalının açılışı olub
Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı