"Əl-Hilal"ın hücumçusu Neymar "İnter Mayami"yə keçə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə goal.com məlumat yayıb.
Amerika klubu keçidi yanvarda reallaşdırmağa çalışacaq. Bu uğursuz olarsa, "İnter Mayami" 2025-ci ilin yayında Neymarı transfer etməyi hədəfləyəcək..
Bundan əvvəl braziliyalının komanda yoldaşlarına yayda "İnter Mayami"yə keçəcəyini dediyi haqda məlumatlar yayılmışdı.
Qeyd edək ki, Neymarın "Əl-Hilal" ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.