Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
“İki sahil” xəbər verir ki, hadisə rayonunun Uzuntəpə kəndində qeydə alınıb.
Belə ki, rayonun Kazımabad kənd sakini, 14 yaşlı yeniyetmə qız qonaq getdiyi evdə yelləncəkdə oynayarkən ipin boğazına dolaşması nəticəsində ölüb.
Meyit aidiyyəti üzrə təhvil verilib. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.