28 dekabr 2024 00:27
124

BMT Baş katibinin müavini Azərbaycana başsağlığı verib

Azərbaycan hökumətinə və faciəvi təyyarə qəzasında həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk.

“İki sahil” xəbər verir ki, bunu BMT Baş katibinin müavini Əminə Ceyn Məhəmməd “X”dəki hesabında Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yazıb.

“Bu kədərli vaxtda sizinlə birlikdəyik və sağ qalanlara şəfa və tam sağalma üçün dua edirik”, - BMT Baş katibinin müavini əlavə edib.