Bakıda Vəkillər Kollegiyasının hesabına yeni bina inşa ediləcək.
“İki sahil” xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov 28 dekabr - Vəkil Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, keçmiş SSRİ dövründə vəkillik peşəsi müstəqil olmayıb: "Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra vəkilliyə münasibət dəyişdi. Vəkillər Kollegiyası hər zaman cəmiyyətə daha yaxın olmağa çalışıb. Beynəlxalq əməkdaşlığı gücləndirmişik. Vəkilliyə gələn hüquqşünasların 70 faizdən çoxu gənclərdir. Gənclər gələndən sonra yeni abu-hava yaranıb. Azərbaycan vəkilləri peşə sahəsində elektron xidmətlərə üstünlük verir. Bu vəkillərin vaxtına qənaət etməsinə kömək olur".
Onun sözlərinə görə, Vəkillər Kollegiyası 7 min m² çox əmlaka sahibdir. O bildirib ki, hazırda Gəncə şəhər prokurorluğunun keçmiş binası onlara verilib.
"Bakı Abadlıq şirkəti Bakıda və Vəkillər Kollegiyasının yeni binasını inşa edəcək. Bu işlər Vəkillər Kollegiyasının maliyyəsi hesabına həyata keçiriləcək", - Anar Bağırov deyib.