"Real"ın futbolçusu Arda Güler sabiq klubu "Fənərbaxça"nın düşərgəsini ziyarət edib.
“İki sahil” xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Superliqa təmsilçisinin sosial media hesablarında Ardanın klub rəhbərliyi, komandanın futbolçuları ilə fotoları paylaşılıb və yazılıb: "İspaniyada ölkəmizi uğurla təmsil edən sabiq futbolçumuz Arda Güler Samandıra Can Bartu düşərgəmizi ziyarət etdi.
Səni yenidən görmək çox gözəldir. "Fənərbaxça" ailən hər zaman səninlədir, Arda".
Qeyd edək ki, Arda 2023-cü ilin yayında 20 milyon avroya "Real"a keçib.