29 dekabr 2024 13:22
206

Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin dəfn mərasimi başlayıb

Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin II Fəxri xiyabanda dəfn mərasimi başlayıb.

“İki sahil” xəbər verir ki,  hökumət və dövlət rəsmiləri də dəfn mərasimində iştirak etmək üçün II Fəxri xiyabana gəliblər.

Onların arasında Baş nazir Əli Əsədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, səhiyyə naziri Teymur Musayev, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və digərləri var.