"Real"ın futbolçusu David Alaba yaşıl meydanlara qayıdır.
“İki sahil” xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. 32 yaşlı avstriyalı müdafiəçi sabah uzunmüddətli zədədən sonra komanda ilə birgə məşq edəcək.
Qeyd edək ki, David Alaba 2023-ci ilin dekabr ayında sıradan çıxmışdı. Futbolçuya çarpaz bağının qopması diaqnozu qoyulmuşdu. Onun "Real"la müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Respublika Olimpiya İdman Liseyinin əsaslı təmirdən sonra yenilənmiş cüdo zalının açılışı olub
Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı