30 dekabr 2024 01:00
218

Xəzərdə zəlzələ olub

Xəzər dənizinin Azərbaycan akvatoriyasında 4 maqnitudalı zəlzələ olub.

“İki sahil” xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində zəlzələ qeydə alınmışdır”, – məlumatda nəql edilib.

Bildirilib ki, yeraltı təkanların ocağı 65 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 00:14-də qeydə alınıb.

Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi isə zəlzələnin maqnitudasının 4,3 olduğunu açıqlayıb. Mərkəzə görə, zəlzələnin episentri Sumqayıtdan 107 km şimalda olub.