"Milan" klubu Serjiy Konseysau ilə ilkin razılıq əldə edib.
“İki sahil” xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb. İtaliya klubunun baş məşqçisi Paulo Fonseka böyük ehtimalla "Roma"ya qarşı oyundan sonra göndəriləcək. Fonseka vəzifəsindən azad edilsə, "Milan"ın yeni baş məşqçisi Konseysau olacaq. 49 yaşlı mütəxəssis 2026-cı ilədək İtaliya klubunun sükanı arxasında olacaq.
Qeyd edək ki, S.Konseysau 2017-2024-cü illərdə "Portu"nun baş məşqçisi olub. Bu müddət ərzində komanda 3 liqa titulu qazanıb.
Xatırladaq ki, "Milan" hazırda turnir cədvəlində 8-ci yerdədir.