Məşhur uruqvaylı hücumçu, "Boka Xuniors"un formasını geyinən Edinson Kavani gələcəyi ilə bağlı danışıb.
“İki sahil” xəbər verir ki, 37 yaşlı forvard karyerasını Argentina təmsilçisində başa vurmaq istədiyini deyib:
“Karyeramı “Boka Xuniors”da bitirəcəyəm. Düşünürəm ki, bu qərara sona qədər əməl edəcəyəm. "Boka Xuniors"da olmaq inanılmaz təcrübədir. Hər andan zövq alıram. Amma bu, həm də böyük məsuliyyətdir.
Ona görə də mən həmişə hər şeyin yaxşı getməsi üçün əlimdən gələni etməyə çalışıram".
Qeyd edək ki, Kavani "Boka Xuniors"la 2024-cü ildə 39 matça çıxıb, 20 qol vurub və 2 qolun ötürməsini verib. O, ötən yay bu komandaya keçib. Kavaninin klubla müqaviləsi 2026-cı ilin dekabr ayınadək nəzərdə tutulub.