Beynəlxalq Avtomobil Federasiyası (FIA) Formula 1 üzrə 2025-ci il dünya çempionatının təqvimini açıqlayıb.
“İki sahil” FIA-nın rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan Qran-prisinin də vaxtı bəlli olub.
Bakının 9-cu dəfə ev sahibliyi edəcəyi sürət yarışı sentyabrın 19-21-də reallaşacaq. Bu, mövsümün 17-ci Qran-prisi olacaq.
Martın 14-də Avstraliyada start götürəcək mövsümə dekabrın 5-7-də keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq.
Respublika Olimpiya İdman Liseyinin əsaslı təmirdən sonra yenilənmiş cüdo zalının açılışı olub
Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı