Yeni Zelandiyadan olan MMA döyüşçüsü Hakaraiya Uilson yanvarın 1-də gecə ölü tapılıb.
"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı idmançının cəsədi Yeni Zelandiyanın Qisborn şəhərində aşkarlanıb.
H.Uilsonun "Rhythm and Vines" musiqi festivalına gəldiyi bildirilir. Ölümün səbəbləri dəqiqləşdirilməyib, lakin hüquq-mühafizə orqanları tərəfindən onun üzərində heç bir zorakılıq əlaməti tapılmayıb. T.Uilson karyerasına 2020-ci ildə başlayıb. Bu müddət ərzində dörd döyüş keçirib və bunların üçündə qələbə qazanıb.
Qeyd edək ki, o, sonuncu dəfə oktaqona 2024-cü ilin oktyabrında "Canggu Fight Night 32" turnirində çıxıb və filippindən olan Mark Alkobaya qalib gəlib.
Respublika Olimpiya İdman Liseyinin əsaslı təmirdən sonra yenilənmiş cüdo zalının açılışı olub
Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı