İngiltərə Premyer Liqasının 20-ci turunda “Kristal Pelas” “Çelsi” ilə oyunda məğlubiyyətdən xilas olub, “Mançester Siti” isə “Vest Hem”i darmadağın edib.
“İki sahil” xəbər verir ki, “Kristal Pelas” – “Çelsi” London derbisi “Selhörst Park”da, “Mançester Siti” – “Vest Hem” qarşılaşması isə “Siti of Mançester Stedium”da baş tutub.
Derbidə hesabı açan “zadagənlar” olub: 14-cü dəqiqədə Kol Palmer Ceydon Sançonun ötürməsindən maksimum yararlanıb. Bununla belə, təziqi artıran “qartallar” oyunun 82-ci dəqiqəsində istəklərinə nail olublar. Belə ki, Jan-Filipp Mateta Ebereçi Ezenin ötürməsini məntiqi sonluğa çatdırıb və oyunda yekun hesabı müəyyənləşdirib – 1:1.
Paralel keçən digər qarşılaşmada “Mançester Siti” Londonun “Vest Hem”inə dörd qol vurub. 10-cu dəqiqədə “çəkicdöyənlər”in çexiyalı müdafiəçisi Vladimir Soufal topu öz qapısına vurub. Matçın 42 və 55-ci dəqiqələrində fərqlənən Elinq Holann “şəhərlilər”in üstünlüyünü darmadağın həddinə çatdırıb. Cəmi üç dəqiqə sonra Fil Foden komandasının dördüncü qoluna imza atıb. Londonluların gücü isə bir qola çatıb: 71-ci dəqiqədə Niklas Füllkruq qapıçı Stefan Orteqanı məyus edib.
Eyni zamanda baş tutmuş digər qarşılaşmalarda “Aston Villa” “Lester”i (2:1), “Bornmut” “Everton”u (1:0), “Brentford” isə “Sauthempton”u (0:5) yenib. Öncəki oyunda isə “Nyukasl” səfərdə “Tottenhem”dən üstün olub – 1:2.
Günə “Brayton” – “Arsenal” matçı ilə yekun vurulacaq. Turun mərkəzi qarşılaşması isə Mersisaydda keçiriləcək. Çempionatın lideri “Liverpul” əzəli rəqibi “Mançester Yunayted”i qəbul edəcək.
Respublika Olimpiya İdman Liseyinin əsaslı təmirdən sonra yenilənmiş cüdo zalının açılışı olub
Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı